“Ən böyük mükafatınız Sizin sağlamlığınızdır” – Təşkilatçı İlmirzə Ağabəyovbackend

Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən otellərdən birində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər araşdırılıb.

İctimai.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşarkən orada keçirilən tədbirin konfrans xarakterli olduğu və sosial məsafə ilə bağlı tələblərə əməl edildiyi müəyyənləşib.

Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər.

Təşkilatçı İlmirzə Ağabəyovun özü də sosial şəbəkədə bu tədbir barədə paylaşım edib və bunları yazıb:

“Luxury Society Baku” və “Türkiyə Zirvə Ödülləri” layihəsinin çəkim və təqdimetmə mərasimi baş tutdu. Aparıcımız Respublikanın Əməkdar Artisti Elnur Kərimova öz minnətdarlığımı bildirirəm. Mükafat əldə edən hər bir nominantı təbrik edirəm. Gələcək İşlərində uğurlar arzulayıram. Layihə Sosial İzolyasiya qaydalarına uyğun keçirildi. Ən böyük mükafatınız Sizin sağlamlığınızdır”, – deyə bildirib.

İctimai.az