Ən etibarlı Mazda avtomobilinin adı açıqlanıbbackend

Mazda CX-5 krossoveri Yapon markasının son 10 il ərzində buraxılmış avtomobilləri arasında ən etibarlısı oldu.

Bu barədə ekspertləri müxtəlif analitik şirkətlərin, o cümlədən J.D.Power və RepairPal-ın məlumatlarından istifadə edərək etibarlılıq, texniki xidmət, geri çağırma kampaniyaları və sahiblərin rəyləri ilə bağlı məlumatları təhlil edən Hotcars portalı məlumat yayıb.

Beləliklə, Mazda CX-5 ən etibarlı orta ölçülü krossover oldu. O, mümkün beş baldan 4,5 bal toplayıb.

Ekspertlərin fikrincə, Mazda CX-5 sahibləri texniki xidmətə orta hesabla 447 dollar xərcləyirlər, halbuki bütün orta ölçülü krossover seqmenti üçün orta qiymət 573 dollar təşkil edir. Bundan əlavə, Mazda CX-5-də əsaslı təmir ehtimalı orta hesabla 13% ilə müqayisədə cəmi 8% təşkil edir.