“What Car” avtomobil portalı istifadə olunan ən etibarsız krossoverlərin siyahısını açıqlayıb. Bunun üçün nəşr avtomobil sahibləri arasında sorğu keçirərək, avtomobilləri 100 ballıq sistemlə qiymətləndirib.
Volkswagen ID 4 işlənmiş bazarda ən az etibarlı elektrik avtomobili idi. Sorğu onun etibarlılığını cəmi 79,6% göstərdi. Nissan Ariya 80,9% etibarlılıq reytinqi ilə ikinci olub. Üçüncü yeri 100-dən 81% etibarlılıq reytinqi ilə BMW iX tutub.
MG ZS EV və Audi e-tron müvafiq olaraq 81,8% və 84,4% etibarlılıq reytinqi ilə onları izlədi.














