Yüksək səviyyəli smartfonlar bazarda üstünlük təşkil etməkdə davam edir, Cənubi Koreya şirkəti Samsung-un Galaxy S23 Ultra 2023-cü ilin birinci rübündə ən populyar yüksək səviyyəli Android telefonu oldu.
Bu barədə Canalys analitikləri Twitter-də yazıblar.
“500 dollardan yuxarı yüksək səviyyəli smartfonların tədarükü illik müqayisədə 4,7% artıb. Bu, smartfon bazarında 13%-dən bir qədər çox azalan ümumi tendensiyaya ziddir”, – ekspertlər qeyd ediblər.
Eyni zamanda, ən yaxşı smartfonların ümumi siyahısına Apple-ın dörd iPhone modeli başçılıq edir – birinci yerdə iPhone 14 Pro Max, daha sonra isə iPhone 14 Pro, iPhone 14 və iPhone 13.
Bütün modellər arasında beşinci yerdə dünyada ən populyar Android smartfonu qərarlaşıb – Samsung Galaxy S23 Ultra. Siyahıda həmçinin Galaxy S23 və S23+, əvvəlki nəsil Galaxy S22 və Galaxy S21 FE var. Çin istehsalçılarının smartfonları – Xiaomi 13 və Huawei Mate 50 də yuxarıda yer alıb.
Mənbə: Autotech

