TopSpeed portalı ən sürətli 10 sedanın siyahısını tərtib edib.
Siyahıya 2026-cı il Tesla Model S Plaid başçılıq edir. O, 0-dan 60 mil/saata (0-dan 97 km/saata) 1,99 saniyəyə sürətlənir. İkinci yeri 0-dan 60 mil/saata (0-dan 97 km/saata) 3 saniyəyə sürətlənən 2026-cı il Mercedes-AMG S 63 E Performance tutur. İlk üçlüyü 0-dan 60 mil/saata (0-dan 97 km/saata) 3,2 saniyəyə sürətlənən 2026-cı il Mercedes-AMG EQE Sedan tamamlayır.
Ən sürətli 10 sedan arasında həmçinin Audi S e-Tron GT (3.3 s), Mercedes-AMG C63 S E Performance (3.3 s), Cadillac CT5-V Blackwing (3.4 s), BMW M5 (3.4 s), BMW M3 Competition xDrive (3.4 s), Porsche Taycan 4S (3.5 s) və Audi RS3 (3.6 s) yer alıb.
Əvvəllər ən az etibarlı Toyota avtomobilləri adlandırılırdı. GR Supra idman kupesi son 20 ildə Yapon markasının ən problemli avtomobili idi. Əyləc köməkçi sistemi və təhlükəsizlik kəməri dartıcıları ilə bağlı problemlər çox yayılmışdır.















