Ən təhlükəsiz Çin avtomobilinin adı açıqlanıbbackend

Aito M9 krossoveri Çində ən təhlükəsiz avtomobil kimi tanınır. Bu barədə Carnewschina.com xəbər verir.

C-NCAP metodu ilə həyata keçirilən çarpışma testinin nəticələrinə görə, avtomobil təhlükəsizlik baxımından 93,9% qazanıb. Aito M9-un sürücüsü və böyüklər üçün sərnişinlərin təhlükəsizliyi 96,98%, piyadaların təhlükəsizliyi 75,38%, aktiv təhlükəsizlik sistemlərinin performansı isə 97,79% qiymətləndirilib.

Aito avtomobil şirkəti Çinin İT nəhəngi Huawei şirkətinə məxsusdur. Çində M9 krossoveri 2023-cü ilin dekabr ayının sonunda peyda oldu.

Mənbə: Carnewschina.com