Ən yaxşı on Android smartfonunun adı açıqlanıbbackend

Məşhur AnTuTu bençmarkının tərtibatçıları Android smartfon istifadəçilərinin aprel ayı məmnunluq reytinqini dərc ediblər.

Ayın ən reytinqli smartfonu Huawei nova 12 Ultra olub – istifadəçilərin 99,46%-i ondan razı qalıb. Daha sonra Honor Magic 7 RSR Porsche Design (99,33%) və Huawei Mate 70 Pro+ (98,77%) gəlir.

Dördüncü yerdə Huawei Mate 70 RS Ultimate Design (97,14%), beşinci yerdə isə 96,36% müsbət rəy alan Xiaomi 15 Ultra qərarlaşıb.

Altıncı yeri flaqman Oppo Find X8 Ultra (96,19%), yeddinci Huawei Pura 70 Pro+ (96,15%), səkkizinci isə ötənilki Samsung Galaxy S24+ (94,23%) olub.

Seçim istifadəçilərin 93,73%-nin razı olduğu Meizu 21 Pro və 93,65% müsbət rəy toplayan qatlana bilən Vivo X Fold3 Pro ilə tamamlanır.