Ən yeni tarix: Azərbaycanın unudulmaz 20 ilibackend

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 20 il ötür.

İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi.

Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdi. Beləliklə, Azərbaycan cənab xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Prezident seçilən cənab İlham Əliyev isə həmin ildə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi.

Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

2020-ci ildə qazanılan tarixi qələbə, 30 ilə yaxın müddətdən sonra işğal altında olan torpaqlarımızın işğaldan azad olunması məhz Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusunun adı ilə bağlıdır. “Dəmir yumruq” düşmənin belini qırdı, onları kapitulyasiya imzalamağa məcbur etdi. Azərbaycan xalqı öz prezidentinə güvəndi, bir oldu və bu birlik qələbəmizdə müstəsna rol oynadı.

Bugün İlham Əliyevin rəhbərliyində Azərbaycan nəyinki regionda, o cümlədən dünyada aparıcı dövlətlərdən birinə çevrilib. Azərbaycan xalqı və dünya azərbaycanlılarının prezidenti, müzəffər Ali baş komandanla birgə yeni nailiyyətlərə doğru irəliləməyə davam edəcəyik!

Rəşad Bayramov,
“İctimai.az” İnformasiya portalının rəhbəri
Yeni Azərbaycan Partiyasının üzvü