Ukraynanın Energetika Nazirliyinin rəhbəri German Qaluşenko ölkənin enerji obyektlərinə edilən hücumlardan dəyən ziyanı 1 milyard dollar dəyərində qiymətləndirib.
Qaluşenkonun sözlərinə görə, ölkənin enerji sistemi külək və günəş generatorları tərəfindən dəstəklənir.
“Yaz və yayda bizim əlavə resursumuz var – günəş, külək. Bu, coğrafi və hava şəraitinə görə qışda çox məhdud olan resursdur”, – deyə o, izah edib.
Bundan əvvəl Ukraynada qışda dağılmış bütün enerji obyektlərini bərpa etməyə vaxt tapmadığı bildirilirdi.
Mənbə: Lenta.ru