Epstein Trampa görə Putinlə əlaqə saxlamağa çalışıbbackend

“Politico” ABŞ Konqresinin dərc olunmuş sənədlərinə istinadən xəbər verir ki, məşhur maliyyəçi Cefri Epşteyn 2018-ci ildə iki liderin Helsinki görüşündən bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vasitəsilə Rusiya prezidenti Vladimir Putinə Donald Trampla bağlı mesaj çatdırmağa cəhd edib.

Konkret olaraq, 2018-ci il iyunun 24-də Epşteyn Avropa Şurasının o zamankı prezidenti Torbyorn Yaqlanda elektron məktub göndərərək, “Düşünürəm ki, siz Putinə Lavrovun mənimlə danışaraq məlumat ala biləcəyini təklif edə bilərsiniz” ifadəsini işlədib. Sual onun Donald Trampla münasibətinə aid olub.

Nəşr edilən yazışmalarda həmçinin bildirilir ki, Epşteyn Rusiyanın BMT-dəki o vaxtkı səfiri Gennadi Çurkinlə Tramp haqqında danışıb.

“Çurkin parlaq idi. Söhbətlərimizdən sonra o, Trampı başa düşdü. Bu, çətin deyil. Görməlisən ki, o, hər şeyin bu qədər sadə olduğunu necə başa düşüb”, – Epşteyn yazıb.