Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriyada terrorçulara dəstək verməkdə ittiham edib. Bu barədə “Newsweek” məlumat yayıb.
Onun sözlərinə görə, Suriyadakı münaqişədən ən çox Türkiyə əziyyət çəkir. Ərdoğan ABŞ-ın Suriya kürdlərini deyil, terrorçuları dəstəklədiyini vurğulayıb. O, kürdlərə dəstək verənin Türkiyə olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) xüsusilə kürdləri təqib edən Suriya Demokratik Qüvvələrinin (SDQ) pərdəsi altında bölgədə terror fəaliyyətləri həyata keçirir.
Mənbə: A Haber