Ərdoğan ABŞ və Qərb ölkələrinə müraciət edibbackend

Birləşmiş Ştatlar və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnaməsinin yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməlidir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra bildirib, TRT Haber.

Ərdoğan İsrailin Qəzzaya hücumlarından əl çəkəcəyinə və bölgədə davamlı sülhü təmin edəcək razılığa gələcəyinə ümid etdiyini bildirib. O, Türkiyənin qətnamənin icrasını yaxından izləyəcəyini vurğulayıb.

İyunun 13-də səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatı ABŞ prezidenti Co Baydenin səsləndirdiyi Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə müsbət cavab verdiyini bildirib.

Mənbə: TRT Haber.