Ərdoğan – Bayden görüşünün tarixi və yeri açıqlandıbackend

ABŞ prezidenti Co Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk görüşünün vaxtı və yeri açıqlanıb.

“Anadolu” agentliyinin məlumatına görə, Ağ Evdən iki ölkə liderlərinin NATO zirvə toplantısı çərçivəsində Brüsseldə görüşəcəyi bildirilib.

Həmçinin, iyunun 14-də dövlət başçıları arasındakı keçiriləcək görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunub