Ərdoğan bələdiyyə seçkilərində səs veribbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərində səs veriblər.

Dövlət başçısı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib.

Ərdoğan səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkilərin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir.

Mənbə: Haber Global