Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yerli istehsal olan “Hurjet” döyüş təlimi qırıcıları ölkənin Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 təyyarələrini qismən əvəz edə biləcək.
Bu barədə TASS məlumat yayıb.
“Hyurjet” tezliklə yerli silahlar və radarlar ilə yenidən təchiz olunacaq və Hərbi Hava Qüvvələrinə gedəcək. O, xidmətimizdə olan F-16 təyyarələrini qismən əvəz edə biləcək”, – deyə Ərdoğan bildirib.
O, əlavə edib ki, türk qırıcılarından ayrıca eskadrilyalar yaradılacaq.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin ABŞ-dan F-35 qırıcıları almaq üçün ödədiyi pulu geri alacağını bildirmişdi.

