İtaliyada 24 lider arasında aparılan təhlildə liderlərin son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralama hazırlanıb.
ABŞ prezidenti Baydenin 66 milyondan çox izləyicisi ilə zirvəyə qatıldığı araşdırma, prezident Ərdoğanın sosial mediada ən çox izlənən ikinci dünya lideri olduğunu ortaya çıxarıb.
24 lider arasında aparılan təhlildə izləyicilərin sayına, hər yazıya düşən ümumi qarşılıqlı əlaqəyə və son 3 ayda orta qarşılıqlı əlaqəyə görə sıralama tərtib edilib. Sosial mediada ən çox izlənən lider 66 milyondan çox izləyicisi ilə ABŞ prezidenti Co Bayden olub. Prezident Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyicisi ilə ikinci yeri tutub. Ukrayna prezidenti Vladimir Zelenski 27 milyonla üçüncü olub.
Mənbə: AA
İctimai.az
