Ərdoğan İƏT-in Ər-Riyadda keçirilən sammitinin əsas mövzusunu açıqlayıbbackend

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 12-də Səudiyyə Ərəbistanında keçiriləcək sammitinin əsas mövzusu Qəzza zolağında atəşkəs olacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bu sammitin əsas mövzusu İsrail-Fələstin müharibəsi olacaq. Məsələnin bütün təfərrüatlarını müzakirə etmək və ən qısa zamanda humanitar atəşkəsin təmin edilməsi üçün danışıqlar aparmaq üçün orada toplanacağıq”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Körfəz ölkələrinin Ər-Riyadda keçiriləcək görüşünə böyük əhəmiyyət verir, çünki görüş zamanı ölkələr humanitar atəşkəs barədə müzakirələr apara biləcəklər.

Mənbə:  A Haber