Ərdoğan İsveçin NATO-ya müraciətinin Türkiyə tərəfindən nəzərdən keçiriləcəyi tarixi açıqlayıb

“Habertürk” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə oktyabrda baxacaq.

“Parlament işini bərpa edəndə biz lazım olan hər şeyi edəcəyik və deputatlar İsveçin müraciətinə baxacaqlar. Yekun qərarı deputatlar verəcək”.

Bundan əvvəl Ərdoğan Ankara ilə əldə olunan, terrorla mübarizənin gücləndirilməsini nəzərdə tutan razılaşmalarla bağlı Stokholmun hərəkətlərindən asılı olaraq müsbət qərar veriləcəyini bildirmişdi.

Mənbə: Habertürk

Oxşar xəbərlər