Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə müxalifəti LGBT icmasını dəstəkləməkdə ittiham edib və “rəqiblərini seçki qutusuna basdıracağını” vəd edib.
Bu barədə “Reuters” məlumat yayıb.
“Ədalət və İnkişaf Partiyası və ittifaqımızdakı digər partiyalar heç vaxt LGBT tərəfdarı olmayacaq, çünki ailə bizim üçün müqəddəsdir. Biz LGBT tərəfdarı olanları seçki qutularında basdıracağıq”, – deyə Ərdoğan bildirib.
Son illərdə Ərdoğan LGBT icmasına qarşı ritorikasını sərtləşdirərək, onları tez-tez “deviant” adlandırıb.
