Ərdoğan seçkilərə üç gün qalmış anketlərdə Kılıçdaroğlunu üstələdibackend

Türkiyə vətəndaşlarının əksəriyyəti üç gün sonra – mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırlaşır.

Kondanın sorğusuna əsasən, respondentlərin 52,7%-i Türkiyə liderinin lehinə olub.

Qeyd edildiyi kimi, dövlət başçısının rəqibi, müxalifətin altıpartiyalı alyansının namizədi Kamal Kılıçdaroğlu respondentlərin cəmi 47,3%-nin dəstəyini qazanıb. Eyni zamanda, Konda seçkilərdən dərhal əvvəl bəzi seçicilərin rəyinin dəyişəcəyini istisna etmir, çünki Türkiyə prezident üsul-idarəsinin tətbiqindən sonra ilk dəfə səsvermənin ikinci turu ilə üz-üzədir.

Mənbə: Anadolu