Ərdoğan Stoltenberqlə Yaxın Şərqdə eskalasiyanı müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə Yaxın Şərqdəki vəziyyəti, həmçinin Qəzza zolağında yaranmış humanitar böhranın həlli yollarını müzakirə edib. Bu barədə TASS Prezident Aparatına istinadən yazır.

“Bu [söhbət] zamanı Qəzzada son vəziyyət, insan hüquqlarının pozulmasının qarşısının alınması və günahsız mülki əhaliyə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılması lazım olan addımlar müzakirə edilib”, – bəyanatda deyilir.

Türkiyə lideri Stoltenberqə onu da bildirib ki, Qərb ölkələrinin münaqişə ilə bağlı mövqeyinə görə Qəzza zolağında insan hüquqlarının pozulması hallarının sayı artır. Ərdoğan xəbərdarlıq edib ki, İsraili dayandıra bilməmək “düzəldilməz nəticələrə gətirib çıxaracaq”.

Mənbə: TASS

Related Post