Ərdoğan Sudanlı baş komandana ölkənin normallaşması üçün kömək təklif edibbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Keçid Suveren Şurasının rəhbəri və Sudan silahlı qüvvələrinin baş komandanı Əbdülfəttah əl-Burhan ilə telefon danışığı zamanı Ankaraya Afrika dövlətində vəziyyətin normallaşdırılması üçün kömək təklif edib.

“Daily Sabah” xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar zamanı Ərdoğan Sudanda ölən və yaralananların sayının artmasına təəssüfləndiyini bildirib. Prezident vurğulayıb ki, hərtərəfli danışıqların aparılması ilə bağlı qərar qəbul olunarsa, Ankara danışıqlara ev sahibliyi etməyə hazırdır.