Ərdoğan Yakup Taşın ailəsinə başsağlığı verdibackend

Prezident Rəcəb Tayyib Ərdoğan Adıyamanda zəlzələ nəticəsində dağıntılar altında həyatını itirən AK Partiya Adıyaman millət vəkili Yakup Taşın ailəsinə zəng edərək başsağlığı verib.

Prezident Ərdoğan, əyalətdə baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Adıyaman Fəlakət Koordinasiya Mərkəzində (Adıyaman Valiliyi) səfərdə olan Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu ilə telefonla əlaqə saxlayıb. Ərdoğan Karaismailoğlu vasitəsilə zəlzələdə həyatını itirən AK Partiya Adıyaman millət vəkili Taşın böyük qardaşı Ahmet Taşla danışıb.

Qeyd edək ki, həyatını itirən Yakup Taş dəfn olunub.

Mənbə: TRT Haber

İctimai.az