Ərdoğandan Azərbaycan səfərindən sonra VACİB AÇIQLAMAbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən sonra hava limanında jurnalistlərə açıqlama verib.

“Hürriyet” xəbər verir ki, o, Qarabağ Zəfəri ilə Qafqaz tarixində yeni bir səhifə açıldığını deyib:

“İnanıram ki, bölgə tarixi yeni bir istiqamətdə formalaşacaq”.

“Üzərində çalışdığımız altı hissəli platforma hər kəs üçün qazanc əldə etmə imkanları təmin edəcək bir təşəbbüsdür.

Ermənistan bu müddətdə iştirak edəcək və müsbət addımlar atacağı təqdirdə Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər”, – deyə Türkiyə lideri bildirib.

İctimai.az