Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın CNN Türk-ə müsahibəsində Rusiya prezidenti Vladimir Putini “görən lider” hesab etdiyini bildirib. Kalının sözlərinə görə, Putin Ukrayna münaqişəsində tərəf seçimini Ərdoğana sırımağa çalışmır.
Kalın deyib ki, Putin və Ərdoğan arasında qarşılıqlı etimada əsaslanan çox yaxşı və güclü münasibətlər var. Məhz iki lider arasındakı bu cür münasibətlər sayəsində Suriya, Astana prosesi, taxıl dəhlizi və digər kritik məsələlərlə bağlı işlər davam edə bilər.
Kalın vurğulayıb ki, Moskva Ukrayna məsələsində Ankaranın mövqeyini yaxşı bilir. Türkiyə tərəfi hesab edir ki, “münaqişə Ukraynanın ərazi bütövlüyü əsasında və siyasi müstəqilliyini qorumaqla, həmçinin ilhaq edilmiş bütün ərazilərin qaytarılması şərti ilə bitməlidir”. Putin, Kalına görə, bunu çox yaxşı başa düşür və uzaqgörən bir lider kimi öz nöqteyi-nəzərini Ərdoğana sırımağa çalışmır.














