Ərəb ölkələri Trampın fələstinlilərin Qəzzadan köçürülməsi ideyasına qarşı çıxıbbackend

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, eləcə də Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx ABŞ prezidenti Donald Trampın məskunlaşma ilə bağlı təklifinə qarşı çıxıblar.

Bu barədə Axios portalı ABŞ dövlət katibi Marko Rubioya göndərilmiş müvafiq məktuba istinadən məlumat yayıb.

Məqalədə qeyd edilir ki, mətndə xarici işlər nazirləri “fələstinlilərin Qəzza zolağından çıxarılması planını rədd edib, əvəzində fələstinlilərin yenidənqurma prosesinə daxil edilməsini tələb ediblər”.