Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydubackend

Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib.

Bu barədə Rusiyanın “Vzqlyad” nəşri məlumat yayıb.

“Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz 00:00-a qədər gözləyəcəyik, əgər istefa olmasa, gecəyarısından sonra mətbuat konfransı çağıracağıq və gələcək addımlarımızı təqdim edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, – deyə “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.