Erməni terrorçu Qarabağda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıbbackend

Bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığında erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.

Bu barədə Caliber.Az-ın məlumatlı mənbələri məlumat yayıb.

Terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Yaxın vaxtlarda Caliber.Az redaksiyası hadisənin təfərrüatlarını açıqlayacaq.