Ermənilər Moskvada azərbaycanlıların restoranına hücum etdi – Videobackend

Ermənistandan olan silahlılar Moskvanın “1001 gecə” restoranına basqın ediblər. “Qafqazinfo” bildirir ki, bu barədə “360” telekanalına  Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov danışıb.

““1001 gecə” restoranı azərbaycanlıya məxsusdur. Bir azərbaycanlıya hardasa 15 erməni hücum edib”, – Hüseynov deyib.

Onun sözlərinə görə, hücum edənlər, həmçinin meyvə satıcısını döyüblər, qarpız və yemişləri onun başında sındırıblar.

REN TV-nin məlumatına görə, onların basqınından sonra kassadan təxminən 200 min rubl yoxa çıxıb.

İctimai.az