Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti ilə qanunsuz hərbi daşımaları davam etdirirlərbackend

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

APA-nın xəbərinə görə, təqdim olunan fotoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlılarının zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.