Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladıbackend

Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı məlumatları açıqlamağa davam edir.

“Qafqazinfo” bildirir ki, bu barədə qurumun mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkə hesabında yazıb:

“Kiçik serjant Smbat G. Gabrielyan və kiçik serjant Grisha Vahani Matjosyan düşmən atəşi ilə öldürüldü”.

Xatırladaq ki, daha əvvəl Ş.Stepanyan bildirmişdi ki, mayor Qaruş Ambartzumyan və kapitan Sos Elbakyan Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində atışma nəticəsində ölümcül yaralanaraq həlak olublar.

İctimai.az