Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur – RƏSMİbackend

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir”, – nazirliyin məlumatında bildirilir.

İctimai.az