Ermənistan hökumətinin güvənc yeri Qal Xoruzları yenə banladılarbackend

Erməni lobbisinin təhriki ilə Milli simvolu “Qal Xoruzları” Fransız siyasətçilər yenə banladılar. Dünən Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib və qətnamədəki əsas müddəalara Fransanın vasitəçilik missiyasından bir dəfəlik uzaqlaşdırılmasına rəvac verir. Aşağıdakı müddəalara nəzər salsaq, nə qədər mənasız və gülünc doğuran və sülh prosesinə birbaşa zərbə vuran elementlərin olduğunu müşahidə etmiş olarıq:

  • “Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir.”
  • “Bütün erməni hərbi əsirləri qaytarılmalıdır.”
  • “Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir.”
  • “Fransa hökuməti Dağlıq Qarabağda (Qondarma)  humanitar büro açmalıdır.”
  •  “Dağlıq Qarabağ Respublikasının (Qondarma) müstəqilliyi tanınmalıdır.”
  • “Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.”

Müddəalardan ən absurd olanları “Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir.” “Fransa hökuməti Dağlıq Qarabağda (Qondarma) humanitar büro açmalıdır.”  və “Dağlıq Qarabağ Respublikasının (Qondarma) müstəqilliyi tanınmalıdır.” Azərbaycan və Ermənistan arasında nəzərdə tutulan sülh prosesinə ən ağır zərbə oldu.  Ermənistanın hüdudlarında kənarda  fəaliyyət göstərən erməni təhriki ilə qəbul edilən bu qətnamənin məramı münaqişənin növbəti eskalasiyası ilə Ermənistanda əhalinin sayını azaltmaq və erməni miqrantlar hesabına lobbinin tərkibini genişləndirməkdən başqa heç bir məqsədə qulluq etmir.

Erməni xalqını fikirləşənlər bu addımı atmamalı idilər. Son günlər Ermənistan hökumət rəsmilərinin bu qədər cəsarətlənməsinin əsl səbəbini indi aydın görmək olar. Öncə Ermənistanın baş naziri Nikol Paşinyan Qal xoruzlarından aldığı dəstəyə arxalanaraq belə çıxış etmişdi: “Azərbaycan Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması ilə razılaşmır, yaxud nəzəri olaraq Rusiya qalmaq istəmir, ya da qalmaq imkanı yoxdur, onda Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT-yə müraciət etməlidir. və bəyan edirik ki, “Dağlıq Qarabağda ( Qondarma) insanların məhv edilməsi təhlükəsi olduğundan və bunu qeydə aldığımızdan, biz bir dəfə sülhməramlı kontingent gətirmək qərarına gəldik, lakin indi biz öz birləşmələrimizi və buna görə də beynəlxalq sülhməramlı qüvvələrimizi geri çağırırıq. Təhlükə aradan qaldırılmadığı üçün buraya BMT mandatı göndərilməlidir”.  Burada əsas məqsəd Rusları çıxarıb, yerinə BMT mandatı adı altında Fransızları sülhməramlı qismində gətirməkdir.

Daha sonra Ermənistanın Təhlükəsizlik Şurası (TŞ) katibi A.Qriqoryan Civilnet-ə verdiyi müsahibədə Paşinyanın fikirlərini inkişaf etdirərək bildirdi: “Qarabağ problemini həll etmədən və ya heç olmasa onun necə həll olunacağına aydınlıq gətirmədən” Azərbaycanla sülh müqaviləsinin imzalanmasını qeyri-mümkündür.”

Aşkar görünür ki, xarici qüvvələrə arxalanaraq 5 prinsip əsasında sülh müqaviləsi imzalamaqdan Ermənistan bir mənalı imtina edir.

Bütün bu erməni-fransız xoruz şousuna uzaqgörən Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 gün əvvəl  qəti və konkret cavab vermişdir:

“13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur.”

Düşünürəm ki, Azərbaycan hökumətinin, parlamentinin və digər aidiyyəti qurum və təşkilatın cavabı gecikməyəcəkdir. İlk növbədə, biz inanırık ki, Azərbaycan Respublikası Milli Məclisi adekvat addım atacaq, və ən sərt şəkildə bunu qınayacaq və parlamentlər arası münasibətləri bir daha nəzərdən keçirəcəkdir.

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini