Ermənistan ordusu Tovuz istiqamətində mövqelərimizi atəşə tutubbackend

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.