Ermənistanda itkin düşən hərbçilərdən biri ölü tapıldıbackend

Ermənistanın Cermuk şəhərində yerləşən hərbi hissədə xidmət etmiş və bir müddət bundan əvvəl itkin düşmüş iki hərbçidən biri ölü tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, itkin düşən hərbçilərdən biri – əsgər Karen Şahnazaryan xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.

İtkin düşən digər hərbçi –  Aqasi Ovannisyanın isə həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, hərbçilər martın 21-də güclü çovğun nəticəsində itkin düşmüşdü.