Ersin Tatar Azərbaycana gəlibbackend

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana gəlib.

İctimai.az bu barədə “Kibrisgazetesi”nə istinadən xəbər verib.

Qeyd olunur ki, onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.

Eyni zamanda, E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir.