Əsgərimizin minaya düşməsi iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi iddialarına cavab verib:

“Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.

Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq.