Estoniya Polis və Sərhəd Mühafizə Şurasının (PPA) baş direktorunun müavini Veiko Kommusaar ERR-ə bildirib ki, Estoniya hakimiyyəti 2027-ci ilin sonuna qədər Rusiya ilə sərhəddə hasarın tikintisini başa çatdırmağı planlaşdırır.
“Polis və Sərhəd Mühafizəsi Şurası şərq sərhədində sərhəd infrastrukturunun tikintisi ilə bağlı bütün işləri 2027-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
Ötən ilin dekabrında Rusiya Federasiyasının Riqadakı müvəqqəti işlər vəkili Dmitri Kasatkin bəyan etmişdi ki, Latviyanın Rusiya sərhədi yaxınlığında hərbi hazırlıqları güclənir. Onun sözlərinə görə, Latviya NATO tərəfdaşları, o cümlədən Litva, Estoniya və Polşa ilə birlikdə Rusiya və Belarusla sərhədlərdə “vahid inteqrasiya edilmiş istehkam sistemi” – Baltikyanı müdafiə xətti adlanan ərazi yaratmağa hazırlaşır.















