Estoniya diplomatı Conatan Vseviov ERR-ə bildirib ki, Estoniyanın Rusiyanın hava məkanını pozması ilə bağlı “təkzibedilməz sübutları” var.
“Bizim buna dair təkzibolunmaz sübutlarımız var, təkcə biz yox, bütün müttəfiqlərimiz. Bu sübutlar mövcuddur”, – o vurğulayıb.
Sentyabrın 22-də Kremlin sözçüsü Dmitri Peskov Rusiya təyyarələrinin Avropa hava məkanını pozması ilə bağlı iddiaları əsassız adlandırıb.