Estoniya gürcü diplomatları üçün viza rejimi tətbiq edibbackend

Estoniya hökuməti Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslər üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Bu barədə “İnterfaks” xəbər verir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, bu tədbir Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının hərəkətlərinin tanınmamasının nümayişidir.

“…beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı hakim “Gürcü Arzusu” partiyasının sadə insanlara, etirazçılara və jurnalistlərə qarşı repressiyalarını, polisin cəzasız qalmasını və vətəndaş cəmiyyətinin sıxışdırılmasını qəbul etmir”, – deyə o bildirib.