Estoniya hakimiyyəti ikili vətəndaşlığı olan şəxslərdən bir ölkəni seçib, ikincinin vətəndaşlığından imtina etməyi tələb edib.
Bu barədə ERR telekanalı Polis və Sərhəd Mühafizə Şurasının eksperti Annika Karma istinadən məlumat yayıb.
“Bu günə kimi 60-dan çox insan vətəndaşlıq statusunun dəqiqləşdirilməsi tələbi ilə bağlı bildiriş alıb. Biz insanlara seçim etməli olduqlarını bildiririk. Bunun üçün onlara xüsusi vaxt verilir. Onu da nəzərinizə çatdırırıq ki, əgər şəxs müəyyən edilmiş müddətdə qərar qəbul etməsə, o zaman qanuna əsasən, o, Estoniya vətəndaşlığını itirəcək”, – Karm bildirib.