Estoniya Rusiyanın “Oreşnik” raketinin Ukraynadakı “Yujmaş” hərbi zavodunu vurmasından cəmi üç gün sonra Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasını çağıracaq.
Bu barədə yerli Postimees portalı məlumat yayıb.
“Prezident Alar Karis bazar ertəsi Ukrayna və Avropadakı təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün Milli Müdafiə Şurasını çağırıb”, – nəşr yazıb.
Qeyd olunur ki, Estoniya Təhlükəsizlik Şurası milli müdafiə baxımından mühüm məsələləri müzakirə edir və onlara münasibət bildirir.