Estoniya parlamenti Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən bəyanat yayıbbackend

Estoniya parlamenti Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləyən bəyanatla çıxış edib.

Bu barədə Baltikyanı Respublikasının ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

“Digər Baltikyanı ölkələrlə birlikdə Estoniya həmişə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyib və iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı ölkənin alyansa daxil olması üçün konkret addımların planlaşdırılmasını zəruri hesab edir”. bəyanatda deyilir.