Estoniya prezidenti Alar Karis Qərbin Rusiyaya qarşı sanksiya siyasətinin səmərəsizliyini etiraf etdi. Onun sözləri yerli ERR telekanalı tərəfindən sitat gətirilib.
“Tarix göstərir ki, təcrid siyasəti adətən işə yaramır. Sanksiyalar da yalnız müvəqqəti olaraq işə yarayır, qeyri-müəyyən müddətə yox”, – deyə Karis bildirib.
Estoniya lideri həmçinin Rusiyanı əbədi olaraq təcriddə saxlamağın mümkünsüzlüyünə də diqqət çəkib. O, Moskvaya qarşı atılacaq növbəti addımları nəzərdən keçirməyə çağırıb.















