Estoniya prezidenti Alar Karis “Silah haqqında” qanuna düzəlişləri təsdiqləyib, ona görə bu ölkədə yaşayan Rusiya və Belarus vətəndaşları silaha sahib olmaq hüququndan məhrum ediliblər.
Bu barədə Estoniya rəhbərinin ofisinin bəyanatında deyilir.
Qeyd olunur ki, Estoniyada silah sahibi olmaq üçün icazə yalnız Estoniyada yaşamaq icazəsi olan və ya yaşayış hüququ əsasında Estoniyada yaşayan Avropa İttifaqı və NATO-ya üzv dövlətlərin vətəndaşlarına veriləcək.
Ölkədə yaşayan Rusiya və Belarus vətəndaşlarının silah almaq hüququ olmayacaq.
Mənbə: Reuters
İctimai.az

