Estoniya hakimiyyəti Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrində yoxlama standartlarını dəyişir. Qurumun məlumatına görə, bundan sonra tam gömrük nəzarəti olacaq – bu, daha uzun yoxlamalar səbəbindən sərhədi keçmə vaxtının artması deməkdir.
“Bu, Estoniya hakimiyyətinin fikrincə, Rusiya tərəfinə qarşı Qərbin sanksiyalarına əməl edilməməsinin qarşısını almaq üçün edilir.
Baltikyanı respublikanın Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış plan Rusiya istiqamətində sərhəddən keçən bütün insanların və malların tam gömrük nəzarətinə mərhələli keçidi nəzərdə tutur”, – məlumatda deyilir.
Mənbə: Lenta.ru