Estoniya Rusiyanın dondurulmuş aktivlərinin kimə məxsus olduğunu xatırladıbbackend

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna xatırladıb ki, Rusiyanın dondurulmuş aktivləri ABŞ-ın deyil, Avropa Birliyinin əlindədir.

O, bu barədə RND-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya dondurulmuş 200 milyard avroluq aktivlərini qaytarmaq və anti-Rusiya sanksiyalarına son qoymaq istəyir.

“Hər ikisi amerikalıların əlində deyil, bizim əlimizdədir”, – Tsaxkna deyib.

Diplomat əlavə edib ki, Ukrayna və Avropa birləşərsə, ABŞ danışıqlar masası arxasında Brüsselin fikri ilə razılaşmalı olacaq.