Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, “Şimal axını 2” qaz kəmərinin işə salınması onun ölkəsinin maraqlarına uyğun deyil.
Onun sözlərini ERR teleradio şirkəti yayıb.
Nazirin sözlərinə görə, qaz kəmərinin bərpası Avropanın enerji təhlükəsizliyinə ziddir.
Tsahkna qeyd edib ki, “Şimal axını 2 üçün doğru yer dənizin dibindədir, hissə-hissə, Aİ enerji bazarında deyil.
O əlavə edib ki, “Şimal axını 2”nin yenidən işə salınması “Avropanın enerji təhlükəsizliyi baxımından” tamamilə yanlış istiqamətdə bir addım olacaq.