Estoniyada vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsi fonunda cinayətlərin artması qeydə alınıb.
Bu barədə Postimees nəşri ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa-Li Pakostaya istinadən yazır.
Onun sözlərinə görə, əsasən ərzaq və ilkin tələbat mallarını oğurlayanlar daha çoxdur. Saxlanılan şəxslər yaşamaq üçün pulları olmadığı üçün belə bir addım atdıqlarını etiraf ediblər.
Pakosta əlavə edib ki, Estoniyada cinayət nisbəti 10 il ərzində azalıb, lakin sonra yenidən yüksəlməyə başlayıb. Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə bu rəqəm təxminən 4% artıb, ən güclü artım dələduzluq halları arasında qeydə alınıb.