Estoniyanın ən böyük sellüloz zavodu Estonian Cell ölkənin BRELL (Belarus-Rusiya-Estoniya-Latviya-Litva) vahid enerji sistemindən çıxması nəticəsində elektrik enerjisinin qiymətlərinin kəskin artması fonunda fəaliyyətini dayandırıb.
Bu barədə Balt News məlumat yayıb.
Zavod ölkənin ən böyük sənaye istehlakçısıdır və təxminən 25 MVt istehlak edir. 2025-ci ilin əvvəlində Estoniyada elektrik enerjisinin qiymətləri 2024-cü ilin eyni dövründəki 75,5 avro ilə müqayisədə meqavat/saat üçün 184 avroya qədər rekord həddə çatdı.
Qeyd olunur ki, Estonian Cell-in rəhbərliyi qiymətlərə gündəlik nəzarət edir, lakin mövcud vəziyyət istehsalı mümkünsüz edir. Şirkətin maliyyə direktoru Meelisa Kuzmanın sözlərinə görə, enerjinin dəyəri əsasən hava şəraitindən asılıdır və bu, biznes üçün əlavə qeyri-sabitlik yaradır.